Daha 4 yığma AVRO-2020-yə vəsiqə qazandı

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX tura start verilib. 

BAKU.WS xəbər verir ki, dünənki qarşılaşmalarda 3 qrupda 7 görüş baş tutub.

Nəticələrə görə, Fransa, Türkiyə, İngiltərə və Çexiya AVRO-2020-yə vəsiqə qazanıblar.

Buna qədər Belçika, İtaliya, Polşa, Rusiya, İspaniya və Ukrayna yığmaları final mərhələsində iştirakı təmin etmişdilər. 

AVRO-2020
Seçmə mərhələ
14 noyabr

A qrupu
Çexiya - Kosovo - 2:1
İngiltərə - Monteneqro - 7:0

B qrupu
Portuqaliya - Litva - 6:0
Serbiya - Lüksemburq - 3:2

H qrupu
Türkiyə - İslandiya - 0:0
Fransa - Moldova - 2:1
Albaniya - Andorra - 2:2
BAKU.WS

 

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Gələn il IT sahəsi üzrə ən çox tələb olunan peşələrin adları - AÇIQLANDI - ƏMƏKHAQQI

SONRAKI XƏBƏR

Xətaidəki yanğında boğulanların hamısı ambulator müalicəyə buraxılıb