"Ayaks" Van der Sarla yeni müqavilə bağladı

"Ayaks" Van der Sarla yeni müqavilə bağladı

"Ayaks" klubun icraçı direktoru Edvin Van der Sarla yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, komandanın sabiq qapıçısı 2023-cü ilin noyabrına kimi hazırkı vəzifəsini icra etməyə davam edəcək.

Qeyd edək ki, Van der Sar futbolçu olduğu dönəmdə 1990-1999-cu illərdə "Ayaks"da çıxış edib. O, 2011-ci ildə futbolçu karyerasını başa vurub. Van der Sar 2016-cı ildən Hollandiya təmsilçisinin icraçı direktorudur.

Mənbə: offsideplus.az