Finlandiya yığması AVRO-2020-yə yüksələn 11-ci komanda olub

Finlandiya yığması AVRO-2020-yə yüksələn 11-ci komanda olub

Finlandiya milli komandası tarixində ilk dəfə AVRO-2020-nin final mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, skandinaviyalılar buna seçmə mərhələdə J qrupunun IX tur matçında Lixtenşteyni evdə 3:0 hesabı ilə yenərək nail olublar. Hesabı 21-ci dəqiqədə Yasse Tuominen açıb. Teemu Pukki 64-cü dəqiqədə penalti ilə və 75-ci dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdirib.

Bu qələbə sayəsində xallarını 18-ə çatdıran Markki Kanervanın baş məşqçi olduğu kollektiv 2-ci pillədəki yerini qoruyub. Bununla da Finlandiya qrupdan çıxan 11-ci ölkə olub.

Qeyd edək ki, daha əvvəl İngiltərə, Çexiya, Ukrayna, Türkiyə, Fransa, Belçika, İtaliya, Polşa, Rusiya və İspaniya yığmaları da final mərhələsinə yüksəlib.

Mənbə: report.az