“Avro 2020”: Azərbaycan komandası seçmə mərhələdə altıncı məğlubiyyətə uğrayıb

“Avro 2020”: Azərbaycan komandası seçmə mərhələdə altıncı məğlubiyyətə uğrayıb

Bakı, 16 noyabr, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Uels oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Bakcell Arena” stadionunda keçirilən oyunda qonaqlar 2:0 hesabı ilə qələbə qazanıblar. Hər iki qol oyunun birinci hissəsində vurulub.

 

Mənbə: azertag.az