Almaniya millisindən rekord

Almaniya millisindən rekord

Avro-2020-nin seçmə mərhələsinin 9-cu turunda Belarus millisinə 4:0 hesabı ilə qalib gələrək final mərhələsinə vəsiqə qazanan Bundestim rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, Almaniya millisi tarixində 13-cü dəfə Avropa çempionatının finalında iştirak hüququ qazanıb. Bu, turnirin tarixində rekord göstəricidir.

Almanlar 1972-ci ildən indiyədək bütün Avropa çempionatlarının final mərhələsində iştirak etməyi bacarıblar.

Mənbə: offsideplus.az