Azərbaycan idmançısı Kamerunda qızıl medal qazanıb

Azərbaycan idmançısı Kamerunda qızıl medal qazanıb

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Kamerunun paytaxtı Yaundedə keçirilən "Cameroon International 2019" turnirində qızıl medal qazanıb.

Apasport.az saytının məlumatına görə, yarışın reytinq favoriti olan təmsilçimiz finalında avstriyalı Luka Vraberlə qarşılaşıb.

3 set davam edən görüşün yekununda Edi rəqibini 2:1 (21:19, 19:21, 15:21) hesabı ilə məğlub edib. Turnirin qalibi adını qazanan badmintonçu hesabına 2,500 reytinq xalı da yazdırıb.

Mənbə: apa.az