XIV Respublika spartakiadasının voleybol yarışları keçirilib

Bakı, 18 noyabr, AZƏRTAC

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə orta ixtisas təhsil müəssisələri tələbələri arasında XIV Respublika spartakiadası davam edir.

AZƏRTAC xəbər verir ki, qızlar arasında keçirilən voleybol yarışında ən yüksək nəticəni Bakı 2 nömrəli Baza Tibb Kollecinin idmançıları göstəriblər. Bakı Dövlət Sosial-İtisad və Bakı Rabitə və Nəqliyat kolleclərinin komandaları sonrakı pillələrdə qərarlaşıblar.

Oğlanların yarışında isə Bakı Dövlət Sosial-İqtisad Kollecinin yığması birinci yeri tutub. İkinci və üçüncü yerlərə Bakı Rabitə və Nəqliyyat, Azərbaycan Dövlət Pedaqoji kolleclərinin voleybolçuları layiq görülüblər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Cinsiyyəti bilinməyən məxluqa çevrilmək üçün - 50 min dollar və 100-dən çox əməliyyat - FOTO

SONRAKI XƏBƏR

Azərbaycan səfirinə mükafat verildi - VİDEO