Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb

Azərbaycan millisi Slovakiya ilə oyundan öncə son məşqinə çıxıb

Azərbaycan millisi Trnavada Slovakiya yığması ilə keçirəcəyi AVRO-2020-nin oyunundan öncə son məşqinə çıxıb.

"Report"un qarşılaşmaya ezam olunmuş əməkdaşı xəbər verir ki, oyunun keçiriləcəyi Anton Malatinski adına Stadionda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Məşqi AFFA rəhbərliyi də izləyib.

Qeyd edək ki, sabah keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Mənbə: report.az