AÇ-2020-nin seçmə mərhələsinin sonuncu turunda səfərdə Slovakiya millisinə 0:2 hesabıyla məğlub olan Azərbaycan millisi tarixinin ən pis göstəricisini təkrarlayıb.
"Qafqazinfo" xəbər verir ki, cəmi 1 xalı olan Nikola Yurçeviçin komandası qrupu sonuncusu olub. Bununla da, millimiz "Avro-1996”nın seçmə mərhələsində (1994/95 mövsümü) qeydə alnan antirekordu təkrarlayıb.
Xatırladaq ki, o vaxt komandamıza Ağasəlim Mircavadov, AFFA-ya isə Fuad Musayev rəhbərlik edirdi. Həmin seçmə mərhələdə Azərbaycan millisi ilk dəfə beynəlxalq turnirə qatılırdı.
Mənbə: qafqazinfo.az