Pavel Hapal: "Müdafiə xəttimiz işsiz qaldı"

Pavel Hapal: "Müdafiə xəttimiz işsiz qaldı"

"Azərbaycanla matçda müdafiə xəttimiz işsiz qaldı".

Fanat.Az xəbər verir ki, bunu millimizi Trnavada 2:0 hesabıyla yenən Slovakiya yığmasınınbaş məşqçisi Pavel Hapal deyib.

AVRO-2020-nin seçmə mərhələsinin son turunda təmsilçimizə qarşı keçirilən görüşün ardından mətbuat konfransına qatılan mütəxəssis oyunu dəyərləndirib:
"Yaxşı başladıq. 100 faizli qol şanslarımız oldu. Birinci hissədən sonra komanda bir qədər inamsız görünürdü. Bəlkə də Uelsdəki oyunun nəticəsi ilə bağlı məlumat almışdılar. Azərbaycan millisinin ikinci hissədə 2 qol şansı oldu. Lakin qapıçımızın inamlı oynadı. Daha sonra isə ikinci qolu vurmaqla nöqtəni qoyduq".

Fanat.Az

Mənbə: fanat.az