"Mançester Yunayted"in zədəli futbolçuları komanda ilə məşqlərə başlayıblar

"Mançester Yunayted"in zədəli futbolçuları komanda ilə məşqlərə başlayıblar

"Mançester Yunayted"in futbolçuları Lyuk Şou, Aleks Tuanzebe, Nemanya Matiç zədələrini sağaldıb.

Open.az klubun saytına istinadən xəbər verir ki, sözügedən oyunçular komanda ilə ümumi məşqlərə başlayıb. Onlar İngiltərə Premyer Liqasının 13-cü turunda noyabrın 24-ü "Şeffild Yunayted"ə qarşı keçiriləcək matçda baş məşqçi Ole-Qunnar Sulşer şans verəcəyi təqdirdə, oynayacaq.

Qeyd edək ki, L.Şou avqust ayından məşqlərdə iştirak etmirdi.

Mənbə: open.az