AFFA Yurçeviçi istefaya göndərir

AFFA Yurçeviçi istefaya göndərir

AFFA İcraiyyə Komitəsinin dekabrda keçiriləcək toplantısında millimizin baş məşqçisi Nikola Yurçeviç istefaya göndəriləcək.

Sportinfo.az xəbər verir ki, federasiya xorvatiyalı mütəxəssisin işindən narazı qalıb. Yığmamız 24 ildən sonra antirekordu təkrarlayaraq AÇ-2020-nin seçmə mərhələsində 1 xal yığıb.

Artıq menecerlərə yığmamıza baş məşqçi axtarışı ilə bağlı tapşırıq verilib. Yurçeviçin göndəriləcəyini AFFA-ya yaxın olan mətbuatı izlədikdə də əmin olmaq mümkündür. Həm də AFFA-nın baş katibi Elxan Məmmədov öz üzərindən tənqidləri azaltmaq üçün Yurçeviçi qurban verməlidir.

Millimizin yeni baş məşqçisi də əcnəbi olacaq.

Mənbə: axar.az