"Qarabağ"a qol vurmuş futbolçu "Mançester Yunayted" yolunda

"Qarabağ"a qol vurmuş futbolçu "Mançester Yunayted" yolunda

"Mançester Yunayted" "Roma"nın ulduz futbolçusu Edin Dzekoya elçi düşüb.

Fanat.Ah ESPN-ə istinadən xəbər verir ki, İngiltərə klubu qışda bosniyalı futbolçunu heyətinə qatmaq istəyir. Romelu Lukaku və Aleksis Sançesin gedişindən sonra hücum xəttində problem yaşayan Mançester təmsilçisi 33 yaşlı futbolçunu heyətinə qataraq problemi həll etmək istəyir.

Qeyd edək ki, Dzeko 2016-cı ildə "Mançester Siti"dən "Roma"ya 11 milyon avroya transfer olunub. O, cari mövsümdə meydana çıxdığı 15 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bosniyalı futbolçu 2017/18 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı iki oyun keçirib. Hər iki matçda "Roma"ya qələbə qazanıb (2:1, 1:0). İki oyunda da meydana çıxan Dzeko Bakıdakı görüşün 15-ci dəqiqəsində komandasının ikinci qolunu vurub, Romadakı qarşılaşmanın 61-ci dəqiqəsində sarı vərəqə alıb.

Fanat.Az

Mənbə: fanat.az