Mark Markes Fillip Aylenddə mövsümdəki 11-ci qələbəsini qazanıb - FOTO/VİDEO

Mark Markes Fillip Aylenddə mövsümdəki 11-ci qələbəsini qazanıb - FOTO/VİDEO

Avstraliyada keçirilən Qran Pri maraqlı hadisələrlə bol olub. Fillip Aylenddə qələbə uğrunda mübarizə qüvvədə olan dünya çempionunun üstünlüyü ilə başa çatıb. Onunla birlikdə podiuma Kel Kratçlou və Cek Miller qalxıb.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Avstraliya Qran Prisi MotoGP çempionatının ən yaxşı ənənələrinə uyğun keçib: gözəl mübarizələr və tez-tez mpvqe dəyişiklikləri və Markesin qələbəsi. İspan pilot bu mövsümdə 11-ci, karyerasındakı 55-ci qələbəsini qeyd edib. Startda geriyə düşməsinə baxmayaraq, sonrada ilk üçlüyə qayıtmağı bacaran Markes, bunu üçün Kel Kratçlounu keçməli olub və hətta iki pilot arasında təmas da yaşanıb. Maverik Vinyalesi təqib edən Markes hücum etməyə tələsməyib.

Hər iki pilot rəqiblərindən uzaqlaşıblar və Markes son dövrədə rəqibinə hücum edərək onu keçib. Vinyales isə əks hücum etmək istəsə də, tarazılığını saxlaya bilməyib. Nəticədə ikinci yer Kel Kratçlouya qismət olub. Yerli azarkeşlərin kumiri Cek Millər isə sıx qrupda mübarizə apararaq üçüncülüyü əldə edib.

 

Milli.Az

 

Mənbə: news.milli.az