Evander Holifild 57 yaşında rinqə qayıdır

Evander Holifild 57 yaşında rinqə qayıdır

Peşəkar boks üzrə ağır çəki dərəcəsində sabiq dünya çempionu Evander Holifild karyerasını bərpa etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, ABŞ təmsilçisi 57 yaşında rinqə çıxmaq istəyir.

E.Holifild Riddik Bou ilə döyüşmək niyyətini açıqlayıb: “Bunun alınacağını ümid edirəm. Riddik Bou ilə döyüş keçirilmək istəyirəm. Axı, biz dostuq. Üçraundluq döyüşün təşkili üçün məbləğ kifayət edər”.

E.Holifild son görüşünü 2011-ci ildə danimarkalı Brayan Nilsenə qarşı keçirib və qalib gəlib. Ümumilikdə isə peşəkar rinqdə 57 döyüşə çıxan amerikalı 44 qələbə qazanıb, 10 məğlubiyyət alıb, 2 heç-heçə edib. Bir qarşılaşma isə baş tutmamış sayılıb.

R.Bou isə karyerasını 2008-ci ilin dekabrında başa vurub. 52 yaşlı boksçu 45 döyüşdə 43 qələbə qazanıb.

Qeyd edək ki, boksçular karyeralarında üç dəfə üz-üzə gəliblər. Bir dəfə E.Holifild, iki dəfə R.Bou qalib gəlib.

Mənbə: apa.az