Maradonanın istefası qəbul olunmadı

Maradonanın istefası qəbul olunmadı

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona Argentinanın "Ximnasiya" klubundakı işini davam etdirəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,baş məşqçinin istefası qəbul edilməyib.

Maradona klub prezidenti Qabriel Pelleqrinonun vəsifəsindən getmək istədiyi üçün istefa verdiyini bildirmişdi. Klub rəhbəri isə Maradonanın bu addımına görə "Ximnasiya"dan ayrılmamaq qərarına gəlib.

Qeyd edək ki, Maradona sentyabrdan çalışdırdığı "Ximnasiya"nı 8 matça çıxarıb və bu qarşılaşmaların 5-dən məğlub ayrılıb. Komanda hazırda ölkə çempionatında 13 turdan sonra 10 xalla 22-ci pillədə qərarlaşıb.

Milli.Az

Mənbə: news.milli.az