Asmir Beqoviç: "Qarabağ"da qalmaq istərdim"

Asmir Beqoviç: "Qarabağ"da qalmaq istərdim"

"Çətin oyun oldu. Sona qədər "vuruşduq". Bir az bəxtimiz gətirmədi. Daha çox qol vurub, rahat qələbə qazana bilərdik. İstənilən halda çox vacib 3 xal əldə etdik".

"Report" xəbər verir ki, bunları "Qarabağ"ın qapıçısı Asmir Beqoviç Premyer Liqanın XIII turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra söyləyib.

32 yaşlı qapıçının sözlərinə görə, "Sabah" yaxşı təşkilatlanmış komandadır: "Avropa Liqası və Azərbaycan Premyer Liqası fərqli çağırışlardır. Hər oyuna köklənməliyik".

Müqavilə ilə İngiltərənin "Bornmut" kluna məxsus olan, "Qarabağ"da 6 aylıq icarə əsasında çıxış edən Bosniya və Herseqovinadan olan qolkiper Azərbaycanda qalmaq istədiyini bildirib: "İcarə müqaviləmin müddəti yanvarın 1-ə qədərdir. Ona görə də İngiltərəyə qayıtmalıyam. Təbii ki, "Qarabağ"da qalmaq istərdim. Amma hər şey mənim istəyimdən asılı deyil. Bu, iki klub arasında olan məsələdir".

Mənbə: report.az