Premyer Liqa klubundan Bəhlul Mustafazadə ilə bağlı açıqlama

Azərbaycan millisinin və "Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadənin bir müddət əvvəl İngiltərə I Liqa təmsilçisi "Sanderlend"in maraq dairəsində olduğu barədə xəbərlər yayılmışdı.

Offsideplus.az xəbər verir ki, "Onefootball" nəşri klubun qışda almaq istədiyi beş futbolçudan birinin 22 yaşlı müdafiəçi olduğunu yazmışdı.

Klubdan CBC Sport-a verilən açıqlamada isə futbolçu ilə əlaqə yaradılmadığı və belə fikirlərinin olmadığı qeyd olunub.

Xatırladaq ki, Bəhlul Mustafazadə yayda "Qəbələ"dən "Sabah"a transfer olunub.

offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Daha bir aktrisa ərə gedir - Bir oğlu da var

SONRAKI XƏBƏR

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib