Kollina erməni uşağı qanunsuz yolla övladlığa götürüb

Kollina erməni uşağı qanunsuz yolla övladlığa götürüb

Dünyaca məşhur italyan futbol hakimi Perluici Kollina kobud qanun pozuntularına yol verməklə Ermənistandan uşaq övladlığa götürüb. Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Nəş xatırladıb ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti 14 noyabr tarixində çoxsaylı erməni uşağın ölkə qanunvericiliyinin kobud şəkildə pozulması ilə övladlığa götürülmə hallarını ifşa edən hesabat yayıb.

Araşdırma zamanı onların arasında məşhur futbol hakimi Perluici Kollinanın da olduğu üzə çıxıb. Məlum olub ki, qanunsuz olaraq övladlığa uşaq götürənlərdən biri məhz odur.

Qeyd edək ki, 2016-2018-ci illərdə bir sıra doğum evlərində analara uşaqlarının ağır xəstə olması və digər yalanlar deyilərək övladlarını tərk etmək üçün təzyiqlər göstərilib.

Milli Təhlkəsizlik Bürosunun sabiq direktoru Artur Vanetsyan isə əmək və sosial məsələlər naziri Zarui Batoyanın işin açılmasında ona kömək etdiyini deyib. Batoyan müsahibədə həbs olunanlar arasında nazirlik işçilərinin olmadığını söyləyib.

Pərvanə Sultanova

Mənbə: azvision.az