Modeldən sevgilisinə dəstək: “Bütün dünya “1 nömrə” olduğunu bilir”

Modeldən sevgilisinə dəstək: “Bütün dünya “1 nömrə” olduğunu bilir”

“Yuventus”un formasını geyinən Kriştianu Ronaldonun sevgilisi Corcina Rodrigez instaqram səhifəsində paylaşım edib.

Lent.az -ın məlumatına görə, model "Qızıl top" mükafatını qazana bilməyən futbolçuya dəstək olub: “Müqayisəsiz, dayanmayan, cəsur! Rəqəmlər və qazandığın titullardan hamı xəbərdardır. Millətlər Liqası, İtaliya Kuboku, İtaliya çempionluğu və A Seriyasının ən yaxşısı. Bunlar belə sənin necə güclü futbolçu olduğunu tam göstərmir. Sən daim özünü inkişaf etdirən, çətinliklərdən qorxmayan, milyonlarla insana futbolu sevdirən adamsan. Bütün dünya “1 nömrə” olduğunu bilir”.

Qeyd edək ki, bu il “Qızıl top” mükafatını “Barselona”nın futbolçusu Lionel Messi qazanıb. Səsvermədən “Liverpul”un müdafiəçisi Vircil van Deyk ikinci, Kriştianu Ronaldo isə üçüncü olub.

Mənbə: lent.az