"Liverpul" öz rekordunu yenilədi

"Liverpul" öz rekordunu yenilədi

İngiltərə Premyer Liqasının XV turunda "Everton" üzərində 5:2 hesablı qələbə qazanan "Liverpul" yeni rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, "Liverpul" ötən mövsümdən bəri Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasını 32-yə çatdırıb. Komanda bu matçların 27-də qələbə qazanıb, 5-də heç-heçə edib. Bununla "Liverpul" öz rekordunu yeniləyib.

Qeyd edək ki, "Liverpul" 15 turdan sonra 43 xalla turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisi "Mançhester Siti"ni 8 xal qabaqlayır.

Mənbə: offsideplus.az