Kilian Mbappe üçün fantastik təklif

Kilian Mbappe üçün fantastik təklif

"Barselona" PSJ-nin hücumçusu Kilian Mbappe üçün yeni təklif göndərməyə hazırlaşır.

Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Paris klubuna iki fransalı hücumçu - Osman Dembele və Antoine Qrizmannla yanaşı, 120 milyon avro təklif edəcək.

Fransızlar 20 yaşlı forvardla bağlı qərarı mövsümün sonunda verəcək.

Qeyd edək ki, PSJ Mbappeni "Monako"dan 180 milyon avroya transfer edib.

Fanat.Az

Mənbə: fanat.az