"Barselona" 17 yaşlı futbolçuya 170 milyon avro qiymət qoydu

"Barselona" 17 yaşlı futbolçuya 170 milyon avro qiymət qoydu

"Barselona" gənc futbolçusu Ansu Fati ilə yeni müqavilə imzalayıb.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayınadək nəzərdə tutulan anlaşmaya imza atıb.

Kataloniya təmsilçisinin ispan oyunçu ilə bu müddəti daha 2 il uzatmaq imkanın olduğu bildirilib. Fatinin sərbəst qalma qiyməti 100 milyon avrodan 170 milyon avroya qaldırılıb.

Qeyd edək ki, Fati bu mövsüm "Barselona"nın əsas heyətində 11 rəsmi matça çıxaraq 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Fanat.Az

Mənbə: fanat.az