Dani Kintana “Qarabağ”da qalmaq istəyir

Dani Kintana “Qarabağ”da qalmaq istəyir

"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana daha bir neçə il komandada qalmaq arzusundadır.

Bunu apasport.az saytına açıqlamasında ispaniyalı futbolçu özü deyib.

32 yaşlı hücumameyilli oyunçu cari mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmaqda maraqlıdır. Ancaq o, bu məsələdə klubun qərarından da çox şey asılı olduğun bildirib: "Təbii ki, "Qarabağ"da qalmaq istərdim. Bu komandada xoşbəxtəm. Eyni zamanda ailəm Bakıda çox rahat və xoşbəxtdir. Gözləyək görək, klubun mənimlə bağlı mövqeyi necə olacaq. Əlbəttə ki, birlikdə qərar verəcəyik".

Qeyd edək ki, Kintana 2015-ci ildən "Qarabağ"ın şərəfini qoruyur.

Mənbə: apa.az