Moratanın həyat yoldaşını ayağından dişlədiyi foto gündəm oldu - FOTO

Moratanın həyat yoldaşını ayağından dişlədiyi foto gündəm oldu - FOTO

"Atletiko Madrid"in hücumçusu Alvaro Moratanın həyat yoldaşı ilə fotosu günün ən çox müzakirə olunan fotosu olub.

Offsideplus.az xəbər verir ki, sözügedən foto cütlüyün Yeni il hazırlığı zamanı çəkilib. İspan futbolçu şam ağazı bəzəyərkən həyat yoldaşının ayağını dişləyib.

Alis Kampello şam ağacını bəzədiyi vaxt həyat yoldaşının onu dişlədiyi fotonu "İnstagram" hesabından paylaşıb. Fotoya qısa müddətdə yüzlərlə "like" və rəy gəlib.

İngilis mətbuatı bu fotonu paylaşaraq ispan hücumçunun "Çelsi"də yaşadığı çətin günlərin geridə qaldığını bildirib.

İtaliyalı model Alis Kampello məşhur futbolçul ilə bağlı foto və videoları 2 milyondan çox izləyicisi olan hesabında tez-tez paylaşır.

Xatırladaq ki, Moratonun komandası "Atletiko" 15 turdan sonra 16 xalla 6-cı pillədə qərarlaşıb.

Mənbə: offsideplus.az