"Real"ın 2 ulduzu "el-klasiko"nu buraxacaq

"Real"ın 2 ulduzu "el-klasiko"nu buraxacaq

"Real"ın 2 ulduz futbolçusu "el-klasiko"da iştirak etməyə bilər.

Offsideplus.az xəbər verir ki, Eden Hazardın sağ ayağında mikro-qırıq olduğu müəyyənləşib, onun 4-6 həftə komandadan uzaq qalması ehtimal edilir.

Marselo isə sol ayaq əzələsindəki ağrılar səbəbindən 3 həftə oynamayacaq.

Xatırladaq ki, "Barselona" - "Real" matçı dekabrın 18-də "Nou Kamp"da keçiriləcək.

Mənbə: offsideplus.az