"Çelsi" "Mançester Yunayted"ə rəqib oldu

"Çelsi" "Mançester Yunayted"ə rəqib oldu

"Borussiya Dortmund"un 19 yaşlı futbolçusu Ceydon Sanço uğrunda mübarizə gedir.

Offsideplus.az "Goal.com"a istinadən xəbər verir ki, "Çelsi" Sançonu heyətinə qatmaq üçün Bundesliqa klubuna rekord məbləğ təklif edib..

Hazırda transfer qadağası qoyulan "zadəganlar"ın CAS-a ünvanladıqları etiraz müsbət cavablansa, klub oyunçu üçün 80 milyon avrodan çox ödəməyə hazırdır.

Ceydan Sanço Premyer Liqa klublarından "Mançester Yunayted" və "Liverpul" maraq dairəsindədir.

Mənbə: offsideplus.az