"Mançester Siti" "Barselona"nın ulduzuna "elçi" düşdü

"Mançester Siti" "Barselona"nın ulduzuna "elçi" düşdü

"Mançester Siti" klubu "Barselona"nın ulduzu Usman Dembeleni öz heyətinə qatmaq istəyir.

Offsideplus.az "El Desmarque" nəşrinə istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin nümayəndələri artıq futbolçu ilə görüş də keçiriblər. Qarşıdakı qış transfer pəncərəsi dövründə fransalı futbolçunun "şəhərlilər"ə keçidi mümkün hesab edilir. Transferin məbləği və şərtləri barədə hələlik məlumat yoxdur. Həmçinin futbolçunun özünün də Kataloniya təmsilçisindən ayrılmaq istədiyi barədə xəbərlər yayılıb.

Futbolçu ilə "Çelsi" və PSJ kimi klublar da maraqlanır.

Qeyd edək ki, 22 yaşlı futbolçu 2017-ci ildə Dortmund "Borussiya"sından "Barselona"ya transfer edilib.

Mənbə: offsideplus.az