Şahmatçılarımız Avropa çempionatının blits turnirində mübarizə aparacaqlar

Şahmatçılarımız Avropa çempionatının blits turnirində mübarizə aparacaqlar

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 7-də Estoniyanın paytaxtı Tallində blits üzrə Avropa çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, ölkəmizi qitə çempionatında 2 şahmatçı - Qədir Hüseynov və Rauf Məmmədov təmsil edəcəklər.

Otuz iki ölkədən 434 şahmatçının qatılacağı yarış İsveçrə sistemi üzrə keçiriləcək.

Mənbə: azertag.az