Ançelotti qovulur

Ançelotti qovulur

“Napoli” klubunun baş məşqçisi Karlo Ançelotti gələn həftə istefaya göndərilə bilər.

Offsideplus.az xəbər verir ki, komandanın uğursuz çıxışları klub rəhbərliyini qane etmir.

Son 8 oyunda qalib gələ bilməyən Neapol təmsilçisinin gələn həftə “Udineze”ni uda bilməyəcəyi və “Genk”lə görüşdə Çempionlar Liqasının pley-offuna vəsiqə qazana bilməyəcəyi təqdirdə Ançelottinin komandadan göndəriləcəyi bildirilib.

50 yaşlı mütəxəssisin klub rəhbərliyi ilə də münasibəti yaxşı deyil.

Qeyd edək ki, italiyalı mütəxəssis 2018-ci ildən “Napoli”ni çalışdırır.

Mənbə: offsideplus.az