Şeydayev yenə kənarda qaldı

Şeydayev yenə kənarda qaldı

Rusiya Premyer Liqasında 19-cu tura start verilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" səfərdə "Zenit"lə qarşılaşıb.

Şeydayevin ehtiyat oyunçular skamyasından izlədiyi qarşılaşma Sankt-Peterburq təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Qeyd edək ki, Moskva təmsilçisi 24 xalla 16 komanda arasında 7-ci pillədə qərarlaşıb, "Zenit" isə 45 xalla 1-cidir.

Mənbə: qafqazinfo.az