Eddi üçün 90 dəqiqə

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda 19-cu turda doğma meydanda "Ekstemadura" ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.

Eddi start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb. O, 33-cü dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, "Albasete" hazırda 27 xalla 8-ci pillədə qərarlaşıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

2019-cu ilin ən yüksək ödənişli musiqiçilərinin adları açıqlanıb

SONRAKI XƏBƏR

Qeyri-ənənəvi dəyərlər: Niyə Azərbaycanda boşanmağa tədricən daha çox qadınlar qərar verir?