“Oğlum Sona Sonaldo deyir” - Mourinyo

“Oğlum Sona Sonaldo deyir” - Mourinyo

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 16-cı turunun "Bernli" ilə matçında (5:0) Son Xın Minin bir neçə nəfəri keçərək vurduğu qol haqda fikirlərini bildirib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, matçdan sonra o deyib: "Bu, inanılmaz qol idi. Bu qola qədər mənim oğlum Ronaldonun (braziliyalı - red.) şərəfinə Sona Sonaldo deyirdi.

Bu qolu görərkən ağla ilk gələn Ronaldonun qolu olur. Mən bu qolu ser Bobbi Robsonun yanında işləyərkən görmüşdüm. Son əla oyunçudur. Sevinirəm ki, o, mənim komandamdadır".

Mənbə: news.milli.az