"İnter" futbolçusunun müqaviləsini yeniləyir

"İnter" futbolçusunun müqaviləsini yeniləyir

"İnter" Lautaro Martinesin müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "neradzurri" yeni sözləşmə ilə 22 yaşlı hücumçunun illik məvacibini və sərbəstqalma məbləğini artırmaq istəyir. Martines İnter-lə yeni müqavilə imzalayacağı təqdirdə, onun sərbəstqalma məbləği 200 milyon avro olacaq.

Bu mövsüm İnter-lə sərgilədiyi oyunla Avropanın bir çox nəhəng klublarının diqqət mərkəzinə düşən argentinalı hücumçunun hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Mənbə: news.milli.az