Azərbaycalı futbolçudan Rusiya Premyer Liqasında qələbə qolu – Video

Azərbaycalı futbolçudan Rusiya Premyer Liqasında qələbə qolu – Video

Azərbaycanlı futbolçu Azər Əliyev Rusiya Premyer Liqasında qol vurub.

Qol.az xəbər verir ki, 19-cu turun Qroznıda “Axmat”a qarşı səfər matçında (1:0) o, 10-cu dəqiqədə komandasının yeganə və qələbə qolunun müəllifi olub.

90 dəqiqə meydanda olan Azər ötən həftədə olduğu kimi, bu dəfə də Premyer Liqanın təşkilat komitəsi tərəfindən matçın ən yaxşı futbolçusu seçilib.

“Ufa” 19 turdan sonra 25 xalla 16 kollektiv arasında 7-ci sırada qərarlaşıb.

Mənbə: qol.az