“Neftçi” qələbə qazandı

“Neftçi” qələbə qazandı

Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub.

"Qafqazinfo" xəbər verir ki, turun son oyununda "Neftçi" "Sabah"ın qonağı olub.

Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsiylə başa çatıb. "Neftçi"yə qələbə qazandıran qollara Anton Krivotsyuk və Stiven Monroz imza atıb.

Qeyd edək ki, 14 turdan sonra "Qarabağ" 31 xalla liderdir. 25 xalı olan "Neftçi" ikinci, ondan iki xal az toplayan "Keşlə" isə üçüncüdür.

 

Mənbə: qafqazinfo.az