Azarkeşlər polisə qarşı - "30-cu dəqiqə" aksiyası

Azarkeşlər polisə qarşı - "30-cu dəqiqə" aksiyası

Rusiya çempionatının 19-cu turu azarkeşlərin qeyri-adi aksiyası ilə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, bütün klubların fanatları qərar qəbul ediblər ki, qarşılaşmaların 30-cu dəqiqəsində stadionu tərk etsinlər: "30-cu dəqiqədə hamı stadionu tərk etsin və onlar görsünlər ki, futbol, bizsiz necə olur”.

Onlar bununla polisin fanatlara qarşı zorakılığına etirazlarını bildiriblər. Azarkeşlər bu aksiyaya "Zenit”in futbolçusu Artom Dzyubanı təhqir edən fanatın stadiona girişinə qadağa qoyduqdan sonra qərar veriblər.

Bütün qarşılaşmalarda fanatlar 30-cu dəqiqədən sonra arenanı tərk ediblər.

Mənbə: offsideplus.az