Abramoviç "Çelsi"ni beysbol klubunun sahiblərindən birinə satmaqdan imtina edib

Abramoviç "Çelsi"ni beysbol klubunun sahiblərindən birinə satmaqdan imtina edib

ABŞ-ın "Los-Anceles Docers" beysbol klubunun sahiblərindən biri Todd Boeli İngiltərə təmsilçisi "Çelsi"ni almaq istəyib.

"Report"un "Wall Street Journal"a istinadən verdiyi məlumata görə, 46 yaşlı biznesmen bununla əlaqədar "zadəganlar"ın sahibi Roman Abramoviçə təklif ünvanlayıb. Lakin rusiyalı milyarder rədd cavabı verib.

Mənbə bildirir ki, Abramoviç danışıqlar aparmağa hazırdır. Lakin o, klubu azı 3 milyard dollara satmaq niyyətindədir. Boelinin təklifi bu məbləğdən aşağı olub. Güman olunur ki, amerikalı iş adamı "Çelsi"ni almaq üçün məbləği artıraraq, yeni təklif irəli sürəcək.

Qeyd edək ki, Roman Abramoviç İngiltərə klubunu 2013-cü ilin aprelində alıb.

Mənbə: report.az