Uels nümayəndə heyəti Azərbaycanda

Uels nümayəndə heyəti Azərbaycanda

Uels Futbol Assosiyasının nümayəndələri Azərbaycana gəlib.

Milli.Az xəbər verir ki, rəsmilər AÇ-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək görüşləri ilə əlaqədar paytaxtımızdadırlar.

İyunun 13-də İsveçrə, 4 gün sonra isə Türkiyə millisi ilə Bakı Olimpiya Stadionunda üz-üzə gələcək britaniyalıların nümayəndələri hazırlıq keçəcəkləri mümkün təlim-məşq bazalarına baxırlar. Uelslilər qrup mərhələsi çərçivəsində İtaliya ilə son oyuna qədər Bakıda məskunlaşacaqlar.

Milli.Az

Mənbə: news.milli.az