"Mançester Yunayted"in skautu Holandı izlədi

"Mançester Yunayted"in skautu Holandı izlədi

"Mançester Yunayted" klubunun skautu Marsel Bout "Zalsburq"un futbolçusu Erlinq Holandı izləyib.

Offsideplus.az xəbər verir ki, bunun üçün o, Avstriya təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Liverpul"a qarşı matçına stadiondan baxıb. "Zalsburq"un 0:2 hesabı ilə uduzduğu görüşdə Holand bu mövsüm ilk dəfə qrup mərhələsində qol vurmayıb.

Xəbərdə həmçinin M.Boutla yanaşı, 39 Avropa klubunun skautunun "Zalsburq" - "Liverpul" qarşılaşmasını izlədiyi bildirilib.

Mənbə: offsideplus.az