Çempionlar Liqası: “Atalanta” səfər qələbəsi ilə 1/8 finala yüksəlib

Çempionlar Liqası: “Atalanta” səfər qələbəsi ilə 1/8 finala yüksəlib

Çempionlar Liqasında qrup mərhələsinin VI turunun ikinci oyun gününə start verilib.

Apasport.az saytının məlumatına görə, öncə C qrupunun matçları baş tutub.

Bu turadək 1-ci yeri təmin edən “Mançester Siti” Zaqrebdə “Dinamo”ya qalıb gəlib. “Atalanta” isə səfərdə “Şaxtyor”u üstələyib.

Bu qələbə İtaliya klubuna Çempionlar Liqasında mübarizəni davam etdirmək imkanı verib. Ukraynalılar isə Avropa Liqasına düşüb.

Qeyd edək ki, daha öncə “Barselona”, “Leypsiq”, PSJ, “Real”, “Bavariya”, “Tottenhem”, “Yuventus”, “Mançester Siti”, “Liverpul”, “Napoli”, “Çelsi”, “Valensiya”, “Borussiya” D və “Lion” 1/8 finala yüksəlib.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
11 dekabr

C qrupu
21:55. “Dinamo” (Z, Xorvatiya) – “Mançester Siti” (İngiltərə) – 1:4
Olmo, 10 – Jezus, 34, 50, 54, Foden, 84
21:55. “Şaxtyor” (Ukrayna) – “Atalanta” (İtaliya) – 0:3
Kastanye, 68, Paşaliç, 80, Qosens, 90+4

1

Mançester Siti

6

4

2

0

16-4

14

2

Atalanta

6

2

1

3

8-12

7

3

Şaxtyor

6

1

3

2

8-12

6

4

Dinamo

6

1

2

3

10-14

5

Mənbə: apa.az