Məktəblilərin Bakı şəhər birinciliyi

Məktəblilərin Bakı şəhər birinciliyi

Respublika Velotrekində "Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Bakı şəhərinin məktəb komandaları arasında keçirilən veloidman üzrə yarışlara yekun vurulub.

Nəticədə I yerə 308 nömrəli, II yerə 29 nömrəli, III yerə isə 111 nömrəli məktəb komandaları layiq görülüb.

Qeyd edək ki, birincilik Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə badminton (IX-X siniflər), veloidman (qızlar, VII-VIII siniflər) və həndbol (VIII-X siniflər) idman növləri üzrə keçirilir.

Oktyabr ayından başlanılan yarışların məktəbdaxili mərhələsinə badminton idman növü üzrə 252, həndbol üzrə 233, veloidman üzrə 247 məktəb qatılıb. Ümumilikdə üç idman növü üzrə təşkil olunan yarışlarda 13 mindən artıq məktəbli iştirak edib.

Yarışlar Təhsil və Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir. Məqsəd məktəblilər arasında Olimpiya hərəkatını təşviq etmək, ümumi təhsil müəssisələrində fiziki tərbiyə fənninə marağı artırmaq, fiziki tərbiyə müəllimləri ilə idman federasiyaları, idman məktəbləri arasında əməkdaşlığı gücləndirmək, həmçinin olimpiya idman komplekslərindən, idman bazalarından səmərəli istifadəni təşkil etmək və hədəf idman növləri üzrə kütləviliyi artırmaqdan ibarətdir.

edu.gov.az

Mənbə: aztehsil.com