İsrafilov "qırmızı" aldı, Zozulya söyüldü, oyun dayandırıldı

İsrafilov "qırmızı" aldı, Zozulya söyüldü, oyun dayandırıldı

İspaniya Sequndasında 19-cu turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – "Albasete” bu tur çərçivəsində "Rayo Valekano”nun qonağı olub.

Oyun qonaqlar ikinci yarıya çıxmaqdan imtina etdikləri üçün yarımçıq dayandırılıb. Səbəb isə "Rayo” tərəfdarlarının rəqibin ukraynalı hücumçusu Roman Zozulyanı milliyətçilikdə suçlaması, söyməsi olub.

Meydana "start 11-lik”də çıxan İsrafilov ilk yarıya əlavə edilən 4-cü dəqiqədə "qırmızı” alıb.

Onu da qeyd edək ki, yarımçıq qalan görüşün aqibətinin necə olacağı haqda informasiya yoxdu.

Fanat.Az

Mənbə: fanat.az