"Arsenal"ın futbolçusu Bundesliqada

Bundesliqa təmsilçisi “Nürnberq” “Arsenal”dan Konstantinos Mavropanosu heyətinə cəlb edib.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı müdafiəçi mövsümün sonuna qədər icarə əsasında “Nürnberq”in formasını geyinəcək.

Qeyd edək ki, Yunanıstanın “Apollon” klubunun yetirməsi olan Mavropanos, 2018-ci ilin yayından “Arsenal”da idi. Müdafiəçi “topçular”la bu mövsüm 1 oyuna çıxıb.

offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Məhkəmə Cahangir Hacıyevin cəzasının azaldılmasına baxmaqdan imtina etdi

SONRAKI XƏBƏR

Şəhid kimi “dəfn edildi”, 40 gün sonra ortaya çıxdı - İsmayıllıda gözlənilməz hadisə - VİDEO