"Səbail"də daha bir ayrılıq

“Səbail” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, paytaxt klubu ukraynalı müdafiəçisi İqor Korotetskiylə vidalaşıb. Məlumata görə, Korotetski klub ilə müqaviləsinə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib.

Futbolçuya azad agent statusu verilib. “Səbail” Korotetskiyə klub kollektivi adından təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2018-ci ilin yayında azad agent kimi “Səbail”ə transfer olunmuşdu.

offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Bakının mərkəzində tələbələr “Bənövşə” oyununu oynadı, polis müdaxilə etdi – VİDEO

SONRAKI XƏBƏR

Polad Bülbüloğlu Böyük Britaniyanın Rusiyadakı səfiri ilə görüşüb