Elmar Baxşıyevdən məğlubiyyət şərhi

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” ilk yoxlama oyununda Macarıstanın MTK klubu ilə qarşılaşıb.

Offsdeplus.az xəbər verir ki, əyalət təmsilçisinin çalışdırıcısı Elmar Baxşıyev görüş (0:3) barədə fikirlərini açıqlayıb:

“Əsas düşündüyümüz bütün futbolçulara şans vermək idi. Bunu da həyata keçirdik. Yoxlama oyununda nəticə qazanmağa köklənməmişdik. İstədiyimiz bütün futbolçuların oyun yüklənməsinə uyğunlaşması idi. Matça qarışıq heyətlə çıxmışdıq. Bunda məqsəd oyunçuları ritmə uyğunlaşdırmaq idi”.

offsideplus.az

ƏVVƏLKİ XƏBƏR

Baş nazir Ukrayna təyyarəsinin vurulmasına görə Trampı ittiham etdi

SONRAKI XƏBƏR

Bakının mərkəzində tələbələr “Bənövşə” oyununu oynadı, polis müdaxilə etdi – VİDEO