“Neftçi” Bordini istefaya göndərdi

“Neftçi” Bordini istefaya göndərdi

 

"Neftçi" baş məşqçisi Roberto Bordini istefaya göndərib.

“Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, paytaxt klubu italiyalı məşqçi ilə yolları ayırmaq qərarı verib. Bununla əlaqədar artıq futbolçular məlumatlandırılıb.

Müvafiq qərar bu gün çıxarılıb.

Məsələ ilə bağlı "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumatı təkzib etməyib və qısaca deyib ki, "belə bir ehtimal var".

Mənbə: qafqazinfo.az