Rauf Məmmədov beynəlxalq turnirdə növbəti heç-heçəyə imza atıb

Rauf Məmmədov beynəlxalq turnirdə növbəti heç-heçəyə imza atıb

Bu gün Niderlandın Veyk-an Zee şəhərində təşkil olunan “Tata Steel Chess 2020” turnirində yeddinci turun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirin B qrupunda mübarizə şahmatçımız Rauf Məmmədov növbəti heç-heçəyə imza atıb. Qeyd edək ki, onun rəqibi hindistanlı Surya Şexar Ganquli olub.

Yeddi turdan sonra şahmatçımızın aktivində 3,5 xal var.

AZERTAG.AZ :Rauf Məmmədov beynəlxalq turnirdə növbəti heç-heçəyə imza atıb

Mənbə: azertag.az