Musanın yeni klubu müəyyənləşdi

Bologna heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, sözügedən klub A Seriyasının digər təmsilçisi "Atalanta"dan Musa Berrounu heyətinə qatıb.

Bu barədə "Bologna"nın rəsmi saytı məlumat yayıb. 21 yaşlı qambiyalı yarımmüdafiəçi satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürülüb.

Berrou "Atalanta"nın öz yetirməsidi. O, bu komandanın heyətində 51 oyuna çıxıb, 8 qola imza atıb.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Gitaraya hökm edən adam

SONRAKI XƏBƏR

Bakıda "müalicəyə" ehtiyacı olan tibb məntəqəsi – FOTO