"Qalatasaray" gənc futbolçusu Atalay Babacanın müqavilə müddətini uzadıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Super Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
19 yaşlı oyunçu İstanbul klubu ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni müqavilə imzalayıb
Babacan "Qalatasaray"ın öz yetirməsidi. Onun klubla əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaqdı.
Atalay İstanbul klubunun əsas komandasının heyətində Türkiyə kuboku çərçivəsində 3 oyuna çıxıb, 1 qola imza atıb.
Milli.Az
Mənbə: news.milli.az